Xəzər Nəşriyyatı
                                         Əlaqə Telefonu:               E-mail:info@xezernesriyyat.com

                                         Tel.:(+994 12) 480 13 38

Kateqoriyalar

 Təmizlik Mədəniyyəti
 

   

                               

 

Allah insanı təmiz bir fitrətdə yaratmış və həyatının sonuna qədər təmiz qalmağın yolunu ona göstərmişdir. Yaradanın bu barədəki ilahi fərmanını dinləyən möminlər təmiz fitrətlə yaşamış və bu fitrətlə də sevgiliyə qovuşmuşlar. Bu fitrətin daşıdığı ən önəmli xüsusiyyətlərdən biri də təmizlikdir.

Həyatın bütün sahələrində müsəlmanlara rəhbərlik edən Rəsuli Əkrəm təmizliyi də möminlərə həm yaşayaraq öyrətmiş, həm də dəyərli tövsiyə və bəyanları ilə onları təmiz olmağa təşviq etmişdir. Sevgili Peyğəmbərimiz (s.a.s.) hədislərinin birində “Təmizlik imanın yarısıdır” buyuraraq İslamın təmizliyə verdiyi önəmi vurğulamışdır. Həyatının hər anını maddi və mənəvi cəhətdən təmiz yaşayayan hz. Peyğəmbər “Allah təmizdir və təmiz olanı sevər” deyərək təmizliklə Allah sevgisi arasındakı münasibəti ifadə etmişdir.

İslam ibadətlərin səhihliyi üçün təmizliyi şərt qoşmuşdur. Təmizliyin ölçüsünü, dərəcəsini, növlərini və hökmlərini təsbit edən dinimiz, şəxsi gigiyenanı ibadətin ilk pilləsi kimi qəbul etmişdir. Hər məsələdə tarazlığı əsas alan Allah Rəsulu (s.a.s.) insan üçün zəruri olan təmizlik mözusunda belə israfa yol verməmiş və “Çayın kənarında dəstəmaz alsan belə israf etmə!” buyuraraq ifrat və nöqsanlıq arasındakı orta yolu üstün tutmuşdur.

Gündə bir neçə dəfə dəstamaz alaraq Allahın hüzuruna gələn mömin maddi kirlərdən təmizləndiki kimi mənəvi kirlərdən də təmizlənir. Maddi təmizliklə yanaşı mənəvi təmizliyə də əhəmiyyət verən İslam bədən və ruh təmizliyini eyni gerçəyin müxtəlif üzləri kimi görür. Bu gerçəyi Rəsulullah (s.a.s.) belə ifadə edir: “Birinizin qapısının önündən bir çay axarsa və o kimsə hər gün bu çayda beş dəfə yuyunarsa, onda kirdən bir əlamət qalarmı? Baxın, beş vaxt namaz da bunun kimidir. Allah beş vaxt namazla günahları silib yox edər.”

Keçmiş və gələcək günahları əff edildiyi halda gündə yetmiş dəfə tövbə edən Allah Rəsulu (s.a.s.) möminin təmizlik barəsində arıya bənzədiyini ifadə edir: “Mömin arı kimidir. Yalnız təmiz olan şeyləri yeyər və yalnız təmiz olan şeyləri verər.” Yəni mömin də arı kimi dünya baxçasında gəzərək təmiz və halal olanı araşdırır və yenə təmiz və halal olanı hədiyyə edər.

Mömin bədənini, evini, iş yerini, şəhərini və yaşadığı dünyanı maddi cəhətdən təmizlədiyi kimi könül dünyasını da mənəvi kirlərdən təmizləməlidir. Təsəvvüfdə “Beytullah-Allahın evi” deyə tərif edilən qəlb dünyamızın təmizliyi də əhəmiyyət kəsb edir. Təmiz olmayan qəlbə Allahın baxmayacağı inancını daşıyan mömin könül dünyasını günah kirlərindən tövbə ilə təmizləməli və onu hər an təmiz tutmalıdır.

 

 

 

 
     
                                                                                                                                                                                                                      

 

                                                                       


 
 

bütün haqqlar "xəzər nəşriyyatı" tərəfindən qorunur. copyright © 2008

Bu dizayn "xəzər nəşriyyatı" na aiddir.