|
Maddiyyatdan ibarət görürük həyatımızı. Xoşbəxtliyimizi, gələcəyimizi madiyyatla ölçürük. Dörd bir yanımızın sirlərin əngin fəzasına qərq olunduğunu unuduruq. Pup içində tırtıl kimi yaşayırıq. Bir gün bu pupu yırtıb kəpənək olacağımızı unuduruq.
Hər şeyi unuduruq.
özlərimiz sadəcə maddiyə açıq, könlümüz, sadəcə, maddiyə tutulmuşdur. Hər ötən gün qəlbimizdən və bizi məxluqatın əşrəfi etmiş sirlər aləmindən uzaqlaşırıq.
əzən maddi meyarlarla kiçiltdiyimiz və yeknəsək hala saldığımız həyatımıza ümid qapıları açılır. addiyyata köklənmiş ağlımızı heyrətləndirən, bir növ silkələyib qəflət yuxusundan oyadan sirr qapıları... əlbimizə bir işıq kimi doğan, işıqlandıran, bizi özümüzlə həyatın və kainatın ilahi gerçəkliyi ilə görüşdürən – Yaradana açılan sirr qapıları...
Yer üzündə yaşayan hər bir kəsin kiçik də olsa, bir sirr qapısı vardır. Amma onların çoxu maddiyyatçılıq psixologiyası ilə örtbasdır edilmişdir. Ancaq bunun dərinliyinə varsa, sirlər aləminə yolçuluğu da başlayacaqdır insanın, mənliyinə doğru bir yolçuluq olacaqdır bu.
|