Xəzər Nəşriyyatı
                                         Əlaqə Telefonu:               E-mail:info@xezernesriyyat.com

                                         Tel.:(+994 12) 480 13 38

Kateqoriyalar

                               Haqqın  Əzəli  Xütbəsi  Quran
 

   

                               

 
Bütün kitablar tək bir Kitabın daha yaxşı dərk edilməsi üçün...
Bir müsəlman kimi “Quran”ı dərk etməkdə hansı səviyyədəyik? Əslində, “Quran”a qarşı göstərdi­yi­miz vəfasızlıq, sadəcə Onu bilməməklə bitmir. Bizi müsəlman olaraq tanıyanlar “Quran”ın bizim həyat tərzini təbliğ etdiyini zənn edirlər. Yəni biz fərqinə varmadan nöqsanlı hərəkətlərimizlə başqalarının da “Quran”ı yanlış anlamalarına səbəb oluruq.
Məhz bu səbəblərə görə də “Quran”ı daha yaxşı anlamağa çalışmalıyıq. “Bütün kitablar tək bir “Kita­bın daha yaxşı dərk edilməsi üçün...” cümləsi bütün səy və cəhdlərin “Qurani-Kərim”in daha yaxşı dərk edilməsinə xidmət etdiyini necə də gözəl ifadə edir.

Bir əsərdə “Quran”a hər tərəfli nəzər salmaq müm­­­kün de­yildir. Bu araşdırmada sadəcə, “Quran” yolunda irəli addım atmaq istəyənlərə yenə də Onun nurlu şölələri altında, möhtəviyyatını izah etməkdən daha çox, Onu “oxuma şüurunu” necə əldə edə bilə­cəyimizi çatdırmağı qarşımıza məqsəd qoyduq. Böyüklərimizin “Quran”a verdikləri izahlardan istifadə etdik. Səhabə­lərin “Quran”a olan bağlılıqlarından, sevgilərindən, hörmət və təşviqlərindən bəhs etdik. Onu necə oxuyub dinləməli olduğumuza, “Quran”ın kimlərə qarşı xəsis davrandığına, Onun əfsunlayıcı ifadələri ilə İslama girənlərə, “Quran”dan necə istifadə edə biləcəyimizə, Ona qarşı vəfasız olmamağımız üçün nələrin gərəkli olduğuna qısa və zəruri ifadələrlə toxunmağa çalışdıq.

Dünyanın hər yerində “Quran”ın gətirdiyi gözəlliklərlə tanış olan insanlar İslamı qəbul etdiyi halda, bəs biz nə üçün müsəlman olaraq dünyaya gəlişi­mizin verdiyi ülfət və ünsiyyət içində Ona qarşı laqeyd qalırıq? Nə olursa-olsun, üstümüzə qonan toz-torpağı silkələyib, “Quran”ın dərk edilməsi uğ­run­da içimizdə bir qığılcım oyada biləcəksə, onda tədqiqatımızın məqsədinə nail olduğuna ümid edə bilərik.  

 

 

 

 
     
                                                                                                                                                                                                                      

 

                                                                       


 
 

bütün haqqlar "xəzər nəşriyyatı" tərəfindən qorunur. copyright © 2008

Bu dizayn "xəzər nəşriyyatı" na aiddir.