Xəzər Nəşriyyatı
                                         Əlaqə Telefonu:               E-mail:info@xezernesriyyat.com

                                         Tel.:(+994 12) 480 13 38

Kateqoriyalar

                                 Müxtəsər Elmihal                            
 

   

                               

 

 Fiqh hər bir müsəlmanın bilməsi vacib olan bir sahədir. İmam Qəzali həzrətləri fiqhi mövcud olan elmlərin tacı hesab etmişdir. Maddi sağlamlığımızı qorumaq üçün tibb elmi çox zəruri bir sahə sayılsa da insanlar təbibə ancaq xəstələndikləri zaman müraciət edərlər. Lakin maddi sağlamlığımızdan daha çox mənəvi sağlamlığa ehtiyacımız vardır ki, bu sahəni fiqh elmi öz üzərinə götürmüşdür. Fiqh hər müsəlmanın gündəlik həyatında Rəbbi və qardaşları ilə əlaqələrinin möhkəm əsaslar və kamil ixlas üzərində qurulmasını tənzimləyir. Yaradılış qayəmizin ibadət olduğunu nəzərə alsaq namaz, oruc, zəkat, həcc və s. ibadətlərlə bağlı bizə ətraflı məlumat verən bu elmin nə qədər əhəmiyyətli olduğu anlaşılacaqdır.
Əsasən Hənəfi məzhəbinin görüşləri əsasında hazırlanmış bu kitab hər bir müsəlmana gündəlik həyatında Namaz, Oruc, Zəkat, Həcc və Qurbanla bağlı ən zəruri məlumatları təqdim edir. Kitab insanın yaradılış qayəsi və İslam dini haqqında oxucuya məlumat verdikdən sonra imanın əsasları ilə bağlı bir çox insanda sual doğuran məsələlərə aydınlıq gətirməkdədir. Kitabın üstün cəhəti ənənəvi məsələlərə toxunmaqla yanaşı müasir həyatda üzləşdiyimiz bəzi məsələlərə də işıq salmasıdır. Normal bir elmihaldan fərqli olaraq kiçik həcmdə hazırlanmış bu kitabın qısa zamanda oxucuya İslamın beş şərti ilə bağlı ən zəruri məlumatları verəcəyinə şübhə etmirəm və hər kəsə xeyirli olmasını arzu edirəm.

 
     
                                                                                                                                                                                                                      

 

                                                                       


 
 

bütün haqqlar "xəzər nəşriyyatı" tərəfindən qorunur. copyright © 2008

Bu dizayn "xəzər nəşriyyatı" na aiddir.