Xəzər Nəşriyyatı
                                         Əlaqə Telefonu:               E-mail:info@xezernesriyyat.com

                                         Tel.:(+994 12) 480 13 38

Kateqoriyalar

Hikmət Dənizi

   

                               

 

 Kəlmələr mənalara geydirilən qəliblərdir. Məna lətifdir, nuranidir, incədir. Lətif şeylər çox nüfuzedici, təsiredici olur. İşığı həbs etmək, xəyalı boğmaq olmaz. Mənəvi dəyərlər maddinin qəlibinə sığmaz. O dar koğuşlar o hüdudsuzluğu əhatə edə bilməz.İnsan həmişə bu kəlmə çatışmazlığının, hisslərini ifadə edə bilməməyin sıxıntısını yaşayır. Kəlmənin məhdudluğu onun təbiətindəndir. Çox vaxt nəsə demisiniz və görmüsünüz ki, demək istədikləriniz dediyinizdən çoxdur. Akifin “Ağlaram, ağladamam; hiss edərəm, söyləyəməm; ili yox qəlbimin, ondan nə qədər bezaram!” deməyi bununla bağlıdır. Nəcib Fazil kəlməyə qarşı elə qeyzlənir ki: “Kəliməni boğardım, versələrdi əlimə...” -deyə səslənir. Bəziləri sözü mənaya bədənə libas geydirən kimi geydirir, bəziləri də cəsədin üzərindəki dəri kimi tarım çəkir. Böyüklərin, xüsusilə də, səmavi ifadələrin fərqləndirici cəhəti budur. Söz geyim kimidirsə, dəyişilməyə əlverişlidir və mənaya çox vaxt dar gəlir. Dəri kimi həkk olunmuşsa, mənanı zərərlərdən qoruyar, ona rahat nəfəs aldırar, genişlik bəxş edər. Bu halda onu dəyişdirmək cəhdi mənanın, bitdiyi torpaqdan ayrı salınmış çiçək kimi solmasına səbəb olar. Nizami, Nəsimi, Füzuli, Nəcib Fazil, Mehmet Akif, Mövlana, Yunus kimi zirvələr, söz ustadları dildən belə istifadə etmişlər. Onların dilində mənalar azadlıq nərələri çəkmişdir. Düşüncələrin coşğun bir şəlalə kimi azadlığa qovuşduğunu siz də hiss edərsiniz. Elə bil məna ağıl və qəlb aləmlərinə doğru qanadlanır. Məhz o an quru kəlmələrin, mənanı boğan sözcüklərin öldüyü andır. Məhz o an könlünüzün səsi əzəl fikrini, əbədiyyət duyğusunu parıltılı bir yolda izləyir, onu duyur, onun səsinə səs verir. ənqibələrin (ibrətamiz rəvayətlər), hekayələrin bizim mədəniyyətimizdə çox əhəmiyyətli bir yeri vardır. Sanki sözün, sirrin, hikmətin, ibrətin əsasıdır onlar...Uzun təfsilatlar, təriflər yoxdur. Onsuz da bizim məqsədimiz görübüşlə, zahirlə məşğul olmaq deyil, mahiyyəti tapmaqdır. u kitabdakı rəvayətlər müxtətlif qaynaqlardan toplanmış və onlardan çıxarılacaq nəticələrə də bir qədər işarə olunmuşdur. Hamısı gerçək hadisələrə söykənirmi? Bilmirəm... Ancaq əslində nağılda tarixi dəqiqlik axtarılmaz. Mənqibədə axtarılan görünüş deyil, məğzdir, mahiyyətdir, hikmətdir. stədik ki, məna aləmlərindən idrak meyvələri toplayaq... Buyurun... Sonsuzluğa yelkən açılan yerdə, sözün aciz olduğu anda “Hikmət dənizi” ndə qanad açaq.

 
     
                                                                                                                                                                                                                      

 

                                                                       


 
 

bütün haqqlar "xəzər nəşriyyatı" tərəfindən qorunur. copyright © 2008

Bu dizayn "xəzər nəşriyyatı" na aiddir.