|
Səadət
Əsrinin
ulduzları
İnsan dostu ilə,
yoldaşı ilə yaşayar.
Dostun yaxşısını
seçərək, Ülkər bürcünə uzanar əllərimiz. Yox əgər pis dosta rast gəlsək,
aşağı səviyyələrə düşürər bizi.
Mütəfəkkirlərdən biri
gözəl deyib: “Mənə dostunu göstər, sənin kim olduğunu deyim”.
Dost insana işıqdır,
eşqdir, əzmdir, cəsarətdir.
Bir də o gözəl
insanın ...
Gözəllər gözəli
insanın, aləmə sultan olan, aləmlərin onun üçün yaradıldığı o gözəl insanın
...
Əziz Peyğəmbərimizin
(s.ə.s.) dostları var...
“Atam, anam sənə fəda
olsun” deyə hayqıraraq əllərini, qollarını Ona uzanan düşmən qılınclarının
önündə qalxan edən insanlar ...
Peyğəmbər Əfəndimizin
(s.ə.s.) dostları...
İlan ona zərər
verməsin deyə, ayağı ilə ilan deşiyini tıxayan və səsini çıxarmayan
dostları ...
Yeməyə bir tikə çörək
tapmayanda gecə yarısı qapısını döydüyü dostları ...
Quranı yazdırdığı,
elm öyrətdiyi və sonra uzaq diyarlara göndərdiyi fədakar dostları ...
Əshabı-Kiram
əfəndilərimiz ...
Nə gözəl insanlardı
onlar ...
Nə gözəl dostdur
onlar ...
Nə gözəldi onlar ...
Nə gözəl dosta
sahibdir onlar ...
Tərk etmədilər,
xəyanət etmədilər, dostluqlarına kölgə salmadılar.
İnandılar, həmişə
dostlarının yanında oldular, dünyanın hər tərəfinə yayıldılar və Onun
işığını yaydılar, hər tərəfi nura qərq etdilər.
Soruşdular,
dinlədilər, öyrəndilər, yaşadılar. Onlarla səadətə qovuşdu zaman və buna
“səadət əsri” deyildi və tarixin şanlı, şərəfli səhifəsinə çevrildi o “əsr”.
Peyğəmbər Əfəndimizin
(s.ə.s.) yüksək qiymətləndirdiyi o gözəl insanlar: “Əshabım göydəki
ulduzlar kimidir. Hansını təqib etsəniz haqq yolu taparsınız.”
Uca səmamızda, açılan
səhərimizdə, insanlığın üfüqündə hər biri bir ulduz kimi parlayır. Bəzisi
İstanbulda, bəzisi Səmərqənddə, bəzisi Qahirədə, bəzisi Məkkədə, bəzisi
Dərbənddə, bəzisi də Kiprdə ...
Gecəmizi, gündüzümüzü
işıqlandıran o ulduzlar... Peyğəmbər Əfəndimizin (s.ə.s.) dostları, bizim də
dostlarımız. Yaşadıqları ilə, sözləri ilə sədaqət və fədakarlıqları ilə ...
Elə isə öyrənməliyik
onları.
Bilməliyik hər
birinin hekayəsini.
Həzrəti Dücanənin
(r.a.) qəhrəmanlığını, Həzrəti Musabın (r.a.) Ona bağlılığını, Həzrəti Əbu
Bəkrin (r.a.) sadiqliyini, alicənablığını, Həzrəti Əlinin (r.a.) sədaqət və
elmini ...
Nə deyirsiniz, o
zaman daha parlaq olmazmı səmadakı ulduzlar? Hər biri boşluq buraxılan
qəlbimizə gəlib yerləşməzmi? Allah (c.c) və Rəsulu (s.ə.s.) o qəlbi
sevməzmi?
Elə isə gəlin əvvəlcə
bir “bismillah” deyək və başa düşməyə çalışaq bu ulduzları.
|