HƏYATUS
-SƏHABƏ
Allah Rəsulu və səhabələrinin həyatı,
davranışları və əxlaqı iman və din
sevgisinin ən güclü
qaynaqlarından birini təşkil edir. Belə ki,
İslam toplumu və dinə dəvət edən mürşidlər
daim bu qaynaqdan ilham almış, qəlblərin
iman şamını bu din ocağından götürdükləri
məşəllə alovlandırmışlar.
Bu kitab İslamın səsinə səs verib onu qəbul
edən, Onu qəlblə təsdiq edib yaşayan həqiqi
qəhərmanların gerçək həyat hekayələridir.
Onlara Allah və Rəsuluna imana dəvət
edilərkən “Ey
Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə
inanın!” – deyə imana tərəf çağıran bir
kimsənin çağırışını eşidib Sənə iman
gətirdik” (“Ali İmran” surəsi, 3/193 )
deyib bu yolda can qoydular. Allah yolunda
can və maldan keçib əzab-əziyyətlərə,
məşəqqətlərə sevə-sevə qatlandılar. İmanın
qəti, açıq-aşkar vəhyi onların qəlbini
coşdurdu. Onlar qeybə iman etdilər, Allah və
Rəsulunu sevdilər, hidayəti, axirəti
dünyadan üstün tutdular. Bütün güclərini
İslama dəvətə sərf etdilər. Onlar yaşadılar,
yaşatdılar. İnsanların dünya və axirəti
yolunda candan keçdilər. İnsanları qullara
tapınmaqdan Allah itaətə, “din”lərin
zülm, sapqınlığından İslamın ədalətinə,
Dünyanın darlığından İslamın genişliyinə
apardılar.