Xəzər Nəşriyyatı
                                         Əlaqə Telefonu:               E-mail:info@xezernesriyyat.com

                                         Tel.:(+994 12) 480 13 38

Kateqoriyalar

Cəvşəni Kəbir

   

                               

 

 

 

  Cövşəni-Kəbirə yazılmış ön söz

"Cövşən" kəliməsi lüğətdə “zireh, döyüş paltarı” mənasına gəlir.Termin olaraq isə Həzrəti Peyğəmbərdən (s.ə.s.) rəvayət edilən və "Cövşəni-Kəbir" adı ilə tanınan bir duanın adıdır.

Cövşəni-Kəbir Musa əl-Kazım, Cəfər əs-Sadiq, Məhəmməd əl-Baqir, Zeynəlabidin, Həzrəti Hüseyn və Həzrəti Əli (Allah hamısından razı olsun) silsiləsi ilə Peyğəmbərə (s.ə.s.) isnad edilir.

Cövşəni-Kəbir hər biri Allahın isim və sifətlərindən onunu əhatə edən yüz bölümdən ibarət uzun bir duadır.Hər bölümün sonunda “Sübhanəkə yə lə iləhə illə əntəl-əmənəl-əmən xallisnə / əcirnə / nəccinə minən-nər (Nöqsanlardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik Səndən! Qoru bizi Cəhənnəmdən!) ifadəsi təkrarlanır. Bu yüz bölümün iyirmi beşinin əvvəlində “va əsəlukə biəsməikə” ifadəsi gəlir ardınca isə “ya Allah, ya Rəhman, ya Rəhim” şəklində Allaha aid isimlər zikr edilir. Bu ifadə ilə başlayan hər bölüm arasında isə “Ya xayral-ğafirin” kimi ifadələrlə başlayib davam edən minacatlar da vardır. Beləliklə bu dua əvvəlindən sonunadək Allaha aid iki yüz əlli isim, yeddi yüz əlli sifət və müxtəlif minacatları əks etdirir. Bu minacatların əsas qayəsi dua və hər fəslin sonunda təkrarlanan “əl-Əman əl-Əman xallisnə minən-nər” ifadəsindən də anlaşıldığı kimi, dünya və axirət əzabından qurtuluş üçün bir niyazdır.

Cövşəni-Kəbir məzmununun dərinliyi, ifadə­lərinin açıq olması və oxunuşundan əldə

olu­nacaq dünya və axirət mükafatlarına dair gələn rəvayətlər baxımından çox oxunan dualar sırasındadır. Bu mübarək duaya Əhməd Ziyaəddin Gümüşxanəvi bir çox duanı və əvradi-əzkarı əhatə edən “Məcmuətul-Əhzab” adlı əsərində yer vermişdir. Sonralar isə ayrıca olaraq bir neçə dəfə kitab şəklində çap olunmuş və bir sıra dillərə tərcümə edilmişdir. Duanın Azərbaycan dilinə tərcüməsinin də hər kəsə xeyirli olmasını Uca Yaradandan arzu edirik. Allah dualarımızı qəbul etsin!

 

 

 
     
                                                                                                                                                                                                                      

 

                                                                       


 
 

bütün haqqlar "xəzər nəşriyyatı" tərəfindən qorunur. copyright © 2008

Bu dizayn "xəzər nəşriyyatı" na aiddir.